<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>92</hymn_number>
<lyrics>[V1]
 Rəbb sevən Xilaskardır, O sevir insanları,
 Atanın izzətində görmək istər hamını.

[C1]
   Göyü, Yeri Yaradana,ey insanlar, həmd edin,
   Əbədi həyat verənə - həmd edin Allaha,
   Həmd edin böyük Adına, həmd edin Allaha.

[V2]
 O, həqiqət carçısıdır, salehlik Padşahıdır,
 O, Allahdan göndərilən insanların xilasıdır.

[V3]
 Əziz dostum, bunu bil: Məsihdədir qurtuluş,
 Ona iman edərək saleh olmağa çalış.</lyrics>
<title>Rəbb sevən Xilaskardır İL92</title>
</song>